Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruzun sədalarını eşidirik

0

  •       Cənab Ali Baş Komandan öz bayram təbrikini Talış kəndindən etdi. İlham Əliyev bir daha vurğuladı ki, son üç ildə bayram təbriklərini, işğaldan azad olunmuş torpaqlardan təbrik edir. Cənab Ali Baş Komandan İlham Əliyev bildirdi ki, ikinci Qarabağ müharibəsinin nəticələrindən ibrət dərsi almayan ermənilər, Azərbaycan torpaqlarında yenidən müharibə etməyə hazırlaşırlar. Avropadan Ermənistana gələn yeni misyaçılar, sülhə yox, yeni müharibə ocaqlarını yaratmağa xidmət edirlər. Öz havadarlarına arxayınlaşan ermənilər sülhə deyil müharibəyə can atırlar.    Cənab İlham Əliyev öz təbrikində bir də vurğuladı ki, ermənilər bilməlidilər ki, 44 gün Vətən müharibəsi ərzində Azərbaycan ordusu yalnız irəli getdi, bir addım geri atmadılar. Azərbaycan ordusundan bir nəfərdə olsun fərari olmadığı halda, ermənistan ordusunda 11 min fərari vardır. Ermənistan dövləti Qafqazda dincyaşamaq istəyirsə, Qarabağın Azərbaycan torpağı olmağın etiraf etməlidirlər, bizimlə sülhə razı olmalıdırlar. Əks halda ermənistan öz layiqli payın alacaq.      Ermənistan və onun havadarları bu münaqişəni yenidən dondurmaq istəyirlər, ancaq buna nail olma bilməyəcəklər. Ermənilər və onların arxalarında duran qüvvələr, yenə Azərbaycan torpaqların ələ keçirmək istəyirlər. Onlar Azərbaycanın Xerosiması adlandırılan Ağdam şəhərini sanki görmürlər, dağılıb talan edilən Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı xarabalıqlarını görməzdən gəlirlər. Avropalılar hələ də öz ikili standartlarından əl çəkmirlər. Prezident İlham Əliyev bildirdi ki, ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, özlərinə aid olan cavabı alacaqlar. Bu gün Azərbaycan şəhidlərinin hesabına Talışdan, Suqovuşandan və digər işğaldan azad olunmuş ərazilərdə Novruzun sədaları eşidirik. Yaşasın Ali Baş Komandan Cənab İlham Əliyev və qalib olan Azərbaycan ordusu.        Qarabağ Azərbaycandır!Sabir Qasımov,Xocalı rayon Meşəli kənd ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruzun sədalarını eşidirik

    Maraqlı gələ bilər
    59
    52
    22
    61
    66